14 sentyabr 2024 22:38
156

"Barselona" maddi sıxıntıdan çıxış yolunu tapdı

"Barselona" çətin maliyyə vəziyyətindən qurtulmağın yolunu tapıb. 

“İki sahil” xəbər verir ki, Kataloniya klubu problemi həll etmək üçün çarəni "Nike" ilə yeni sponsorluq müqaviləsi imzalamaqda görür.

Məlumatı "Football-Еѕраnа" yayıb.

Mənbənin məlumatına görə, dörd ildən sonra başa çatacaq mövcud müqaviləyə baxmayaraq, klubla Amerika brendi arasında danışıqlar davam edir. Yeni müqavilənin imzalanması üçün verilən bonuslar "Barselona"nın maliyyə vəziyyətini xeyli yüngülləşdirə bilər.
Məlumata görə, hətta müqavilənin şərtlərində klubun brendinə dair hüquqların bir hissəsinin "Nike" şirkətinə verilməsinin nəzərdə tutulacağı bildirilir.

Qeyd edək ki, maliyyə çatışmazlığına görə La Liqa rəhbərliyi "Barselona"ya yeni transferi Dani Olmonun müqaviləsini yalnız dekabrın sonuna qədər qeydiyata alacağı barədə xəbərdar edib.