14 sentyabr 2024 21:17
258

Mahir debüt edə bilmədi, komandası qalib gəldi

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya 2-ci bundesliqasında 5-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda  “Nürnberq” “Ulm 1846”nın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

“Ulm 1846” 1-2 "Nürnberq"

Qollar: Telaloviç, 51 (1:0), Tzimas, 64 (1:1), Duman, 90+9-pen. (1:2)

Qırmızı vərəqə: Tzimas, 90+10 ("Nürnberq")

M.Emreli görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Beləliklə, onun yeni klubunda debütü baş tutmayıb.