14 sentyabr 2024 20:52
181

“Qarabağ” “Səbail”ə qalib gəldi

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ” “Səbail”i qəbul edib.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 5-ci dəqiqəsində Leandro Andrade hesabı açıb. 56-cı dəqiqədə isə özünün və “Qarabağ”ın ikinci qolunu vurub.

58-ci dəqiqədə fərqlənən Fərid Nəbiyev buraxılan qollardan birninin əvəzini çıxsa “Səbail” futbolçularının bundan artığına gücü çatmayıb.

Misli Premyer Liqası,

6-cı tur

14 sentyabr (şənbə)

19:00. “Qarabağ” 2–1 “Səbail”

Qollar: Leandro Andrade, 5 (1-0), 56 (2-0), Fərid Nəbiyev, 58 (2-1)

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev

“Azersun Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”