14 sentyabr 2024 15:47
179

"Qalatasaray" Almaniya klubunun futbolçusunu transfer etdi

"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub "Frayburq"dan Rolan Sallaini  transfer edib. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 

"Aslanlar" keçidə görə 6 milyon avro ödəyəcəklər. Oyunçunun illik maaşı isə 2,5 milyon avro olacaq.

Qeyd edək ki, 2018-ci ildən "Frayburq"da oynayan Sallai bu müddət ərzində 163 rəsmi matçda 27 qol vurub və 23 qolun ötürməsini verib.