14 sentyabr 2024 14:20
184

Formula 2: Bakıda sprint yarışı start götürüb

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı start götürüb.

“İki sahil” xəbər verir ki, yarışda 11 komanda mübarizə aparır.

Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Riçard Versçor birinci olub.

Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.