14 sentyabr 2024 13:13
172

"Formula 1": "Alpin" pilotu Bakıda uğursuzluqla üzləşib

"Alpin" komandasının pilotu Esteban Okonun Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

“İki sahil” xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Onun avtomobili trasda dayanıb. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.