14 sentyabr 2024 11:08
172

Türkiyəli jurnalist: Bakıda "Formula 1" yarışı möhtəşəm təşkil olunub

Təşkilatçılıq möhtəşəmdir.

“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında "Motorsport" nəşrində işləyən türkiyəli jurnalist Kemal Şengül "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, Bakıya ilk dəfə gəldiyini söyləyib:

"Daha əvvəl bir çox ölkələrdə "Formula 1" yarışında olmuşam. Şəhər trasında birinci təcrübəmdir. Yarışdan əvvəl Bakını gəzmək fürsətim də olub. Möhtəşəm şəhərdir. Mənə bir az Türkiyəni xatırlatdı. Bakı trası da gözəldir. Küçə dövrəsi təşkil etmək çox çətindir. Azərbaycan Qran-prisi "Formula 1"də məşhur mərhələlərdən biridir. Həqiqətən çox gözəl trasdır. Mən çox bəyəndim".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.