14 sentyabr 2024 10:10
175

A seriyasında ayın ən yaxşı məşqçisi açıqlandı

İtaliya A seriyasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşısı “Torino”nun baş məşqçisi Paolo Vanoli seçilib.

A seriyasının 3 turundan sonra “Torino” 7 xal toplayıb və əlavə göstəricilərə görə “Yuventus” və “İnter”dən (hər biri 7 xal) geri qalaraq 3-cü yerdədir.

Qeyd edək ki, Vanoli bu yay "Torino"ya baş məşqçi təyin olunub.