14 sentyabr 2024 09:09
186

MPL: “Şamaxı” “Sumqayıt”ı, “Qarabağ” “Səbail”i qəbul edəcək

Misli Premyer Liqasında VI turu çərçivəsində iki oyun keçiriləcək.

“İki sahil”in məlumatına görə, əvvəlcə “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Yarış saat 16:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Digər qarşılaşma isə 19:00 “Qarabağ” “Səbail”i qəbul edəcək.

Misli Premyer Liqası,

VI tur

14 sentyabr (şənbə)

16:30. “Şamaxı” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev

VAR: Kamal Umudlu

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: İlham Əliyev

“Azersun Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”