14 sentyabr 2024 08:08
188

Blinken Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini vurğulayıb

ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini bir daha təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Tərəflər həmçinin ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə dair müzakirə aparıblar.