13 sentyabr 2024 22:46
179

"Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edib

Türkiyənin "Qalatasaray" komandası Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Bu transfer "sarı-qırmızılar"a 6 milyon avroya başa gəlib.

Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın "Frayburq" klubunda çıxış edib.