Portuqaliyanın Lissabon Nova Universitetinin beynəlxalq inkişaf üzrə prorektoru Joao Amaro Matos SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən "İki sahil"ə bildirilib ki, rektor Elmar Qasımov öncə ali məktəbin kampusunu gəzən qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Bildirib ki, BANM-in tələbələri Portuqaliyanın Braqança Texniki Universitetində mübadilə proqramı çərçivəsində təhsil alırlar. Qəbul imtahanlarının nəticələrinə görə ölkə birincisi olan BANM Lissabon Nova Universiteti ilə də əməkdaşlıq etmək niyyətindədir.
Portuqaliyalı qonaq isə Lissabon Nova Universiteti ilə bağlı ətraflı məlumat verib, BANM kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb