13 sentyabr 2024 15:42
190

Bakıda Formula 2 komandalarının sıralama turunda iki bolid qəza törətdi

Formula 1 Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sıralama turunda iki bolid birdən qəza törədib.

“İki sahil” xəbər verir ki, hər iki bolid ard-arda səddə çırpılıb.

Xatırladaq ki, bu gündən Formula 1 Azərbaycan Qran-Prisi 2024 start götürüb.

13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.