13 sentyabr 2024 15:19
179

"Formula 2": Bakıdakı yarışda sıralama turu start götürüb

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu start götürüb.

“İki sahil” xəbər verir ki, təsnifat mərhələsi saat 15:00-da başlayıb.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.