13 sentyabr 2024 14:25
200

"Formula 1"də növbəti qəza baş verib

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

“İki sahil” xəbər verir ki, "Uilyams" pilotu Franko Kolapinto uğursuzluqla üzləşib.

Onun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb və nəticədə qırmızı bayraq qaldırılıb.

Kolapintonun avtomobili trasdan çıxarılıb.