12 sentyabr 2024 21:14
505

“Heç bir uşaq təhsildən kənarda qalmasın” kitabının təqdimatı keçirilib - - FOTO

Yasamal rayonu Heydər Əliyev Mərkəzində 1-ci sinif şagirdləri üçün əlavə vəsait olan “Heç bir uşaq təhsildən kənarda qalmasın” kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki,  Yasamal rayon 308 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Sayalı Həsənovanın müəllifi olduğu kitab Elm və Təhsil Nazirliyinin dərsliklərinə və illik planına uyğun tərtib olunub.

Kitabda şagirdlər üçün maraqlı çalışmalar, oxuyub-anlama , krossvord, qrammatik çalışmalar və testlər yer alıb. Şagirdlərdə kitaba maraq  oyatmaq, kitabı sevdirmək, təhsili əlçatan etmək məqsədilə kitab, müəllif tərəfindən bir çox rayonlarda azyaşlılara hədiyyə edilib. Artıq kitab Qax, Bərdə, Naftalan, Quba , Gəncə və digər bölgələrdə uşaqlara çatdırılıb.

Tədbirdə Xüsusi Rabitə və İnnovasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İbrahimov Mirmaqsud,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Abdulla Qazayev Adına Fiziologiya İnstitunun elmi işçisi Gülnarə Hüseynova,  AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçi Xanımağa İsmayılova, ADPU-nun Humanitar Elmlər Kafedrasının İnkiluziv Təhsil və Fərdləşmiş Təlim üzrə baş müəllimi məktəbəqədər təhsil mütəxəsisi Günel Sadlinskaya, Yasamal rayonu, 308 saylı tam orta məktəbin direktoru Təranə Məmmədova, müəllimlər Kifayət Əliyeva və Sevinc Mərdanova, Rus cəmiyyətinin nümayəndəsi Xatiqə Musayeva, ekspert Rəşad Rza və digər qonaqlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Vasif Mehtiyev qonaqları salamlayaraq gələcəyimiz olan uşaqlar üçün bu cür dərs vəsaitlərinin çox vacib olduğunu bildirib və kitabın müəllifi Sayalı Həsənovaya fəaliyyətində uğurlar arzu edib.  Mirmaqsud İbrahimov və  Gülnarə Hüseynova çıxışlarında kitabın müəllifini təbrik edərək, heç bir uşağın təhsildən kənar qalmaması, bütün uşaqların müvafiq yaşda məktəbə qəbul olunması, keyfiyyətli təhsil almasını təmin etmək məqsədilə ölkəmizdə dövlət səviyyəsində yüksək səviyyədə iş aparıldığını qeyd ediblər.  Xanımağa İsmayılova, Günel Sadlinskaya, Təranə Məmmədova, Xatiqə Musayeva və digər qonaqlar, uşaqlar üçün ibtidai və orta təhsil səviyyəsinin əhəmiyyətindən danışaraq, onların öz potensiallarını hərtərəfli reallaşdırmasında, böyüdükdən sonra cəmiyyətə töhfələr fəal vətəndaş olmasında müəllim əməyinin danılmaz olduğunu bildirdilər. Qeyd edilib ki, Sayalı Həsənovanın müəllifi olduğu kitab məktəbə ilk addımını atan birincilər üçün qiymətli vəsaitidir Tədbirin sonunda kitabın müəllifi Sayalı Həsənova xoş sözlərə və diqqətə görə qonaqlara təşəkkür edib.