13 sentyabr 2024 11:05
247

Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə iclası ikinci dəfə təxirə salınıb

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə iclası ikinci dəfə təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

"Ehtiyatsızlıqdan adam öldürmə"də təqsirləndirilən səkkiz tibb işçisinin məhkəməsi mart ayının 11-də keçiriləcək. Buna səbəb şübhəlilərdən 3-nün məhkəmənin təxirə salınmasını tələb etməsi olub.

Qeyd edək ki, argentinalı keçmiş futbolçu 2020-ci ildə 60 yaşında vəfat edib.