13 sentyabr 2024 03:48
469

Kleopatranın sevimli meyvəsinin hansı faydaları var?

Əfsanələrə görə, Kraliça Kleopatra ənciri çox sevirdi. Deyirlər, onun sayəsində uzun müddət gözəlliyini və gəncliyini qoruyub saxlayıb. Əncirin xüsusilə nəyə faydalı olduğunu rusiyalı dietoloq Oleq Krivçenkov və həkim Sergey Aqapkin "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində izah ediblər.

Mütəxəssislərin fikrincə, əncir nəinki qanda şəkərin səviyyəsini aşağı salır, həm də tərkibindəki mikroelementlərin çoxluğuna görə yaddaşı və başdakı qan damarlarının vəziyyətini yaxşılaşdırır. Əbəs yerə deyil ki, İbn Sina yaşlı insanlara ənciri müxtəlif formalarda istehlak etməyi çox tövsiyə edib. Bundan əlavə, əncir hazırkı dövrümüzdə xüsusilə qiymətli olan bir xüsusiyyətə malikdir - stress səviyyəsini azaldır.

Nubar Süleymanova, “İki sahil”