Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.