UEFA 2023/24 mövsümü üçün oyunlarına ən çox azarkeş gələn klubların adlarını açıqlayıb.
"İki sahil"in xarici KİV-ə istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumunun hesabatında bildirilib ki, ötən mövsüm Avropada 16 klub bir mövsüm üçün ümumilikdə 1 milyon tamaşaçı həddini keçib.
Hər ev oyununa görə ən çox tamaşaçı qəbul edən isə Dortmundun "Borussiya" klubu olub. Onların hər ev matçını orta hesabla 81 min 305 azarkeş izləyib. Ümumilikdə isə Dortmundda hər oyuna 1 milyon 951 min 745 tamaşaçı gəlib.
İlk onluq aşağıdakı kimi olub:
1. "Borussiya" Dortmund
Signal Iduna Park stadionu - 1 milyon 951 min 745 tamaşaçı
2. "Milan"
San Siro - 1 milyon 860 min 825
3. "Mançester Yunayted"
Old Trafford - 1 milyon 834 min 291
4. "Real" Madrid
Santiago Bernabeu - 1 milyon 805 min 825
5. "İnter"
Giuseppe Meazza - 1 milyon 728 min 562
6. "Bavariya"
Allianz Arena - 1 milyon 725 min
7. "Roma"
Olimpiya stadionu - 1 milyon 689 min 173
8. "Atletiko" Madrid
"Civitas Metropolitano" - 1 milyon 642 min 17
9. "Liverpul"
"Enfild" - 1 milyon 608 min 368
10. "Vest Hem Yunayted" -
London stadionu - 1 milyon 572 min 997