"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Alpin" komandasının əməkdaşları bu gün Fransada etiraz aksiyası keçirəcəklər.
“İki sahil” "The Race" nəşrinə istinadən xəbər verir ki, onlar "Renault"un Viri-Şatiyondakı motor proqramının bağlanmasına etiraz edəcəklər.
Aksiya "Renault"un baş ofisində gerçəkləşəcək.
Daha əvvəl "Renault"un İdarə Heyətinin sədri Luka de Meo "Alpin" komandasının daha səmərəli idarə edilməsinə və Viridə mühərrik istehsalına nail olmaq niyyətində olduğunu bildirib. Bu baxımdan "Alpin" üçüncü tərəf mühərriklərinə, məsələn, "Mercedes"ə keçə bilər.
Bu, "Alpin" həmkarlar ittifaqının kəskin reaksiyasına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.