12 sentyabr 2024 11:26
252

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Toplantı sentyabrın 13-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.

Saat 15:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildir:

1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi

2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat

3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi

8. Digər məsələlər.