PSJ-nin müdafiəçisi Xuan Bernat karyerasını İspaniyada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, ispaniyalı futbolçu "Vilyarreal"a keçib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi 2024/2025 mövsümünü "Vilyarreal"da icarə əsasında keçirləcək.
Qeyd edək ki, PSJ Xuan Bernatı 2018-ci ildə "Bavariya"dan transfer edib. O, ötən mövsüm "Benfika"da icarə əsasında çıxış edib.