“Arsenal”ın futbolçusu Martin Edeqor minimum 3 həftəlik sıradan çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb. 25 yaşlı norveçli yarımmüdafiəçi millisinin matçında zədələnib. Norveç millisinin həkimi müayinədən sonra zədəni şərh edib: “Bu cür zədələrdən sonra minimum 3 həftə bərpa prosesi gedir. Çox da ola bilər”.
Qeyd edək ki, bu mövsüm Martin Edeqor “Arsenal”ın heyətində 3 oyuna çıxıb.