Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
“İki sahil” xəbər verir ki, I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə üstələyib.
Aydın Süleymanlı – Əl Hatib-Əhməd 1:0
Nicat Abasov – Samir Loay 1:0
Rauf Məmmədov – Malik Saef 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı məğlub edib - 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.