11 sentyabr 2024 21:55
263

Gündə yeddi dəfə yemək yeyən məşhur idmançı vəfat edib

Məşhur Belarus bodibilderi İlya "Qolem" Yefimçuk 36 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə onun həyat yoldaşı Anna "Instagram"da məlumat verib.

"Dostlar, ürəyimdə inanılmaz ağrı ilə sizə xəbər verməliyəm ki, İlyanın sentyabrın 6-da səhər evdə ürəyi dayanıb, mən yanında idim", - idmançının həyat yoldaşı bildirib.

Məlumata görə, idmançının ürəyi evdə olarkən dayanıb. İlyanın həyat yoldaşının dediyinə görə, təcili yardım maşını yolda olarkən qadın onun ürəyini masaj edib. Bundan sonra bodibilder helikopterlə klinikaya aparılıb. Lakin o, beyin ölümü keçirərək vəfat edib.

185 santimetr boyu olan Yefimçukun çəkisi 158 kiloqram idi və o, uzanığlı vəziyyətdə 272 kiloqram çəki ilə birgə etdiyi idman hərəkətləri ilə tanınırdı. Bodibilder 16500 kalorilik pəhrizə sadiq qalaraq gündə 7 dəfə yemək yeyirdi.

Güclü idmançı fitnes sahəsində tanınmış sima kimi beynəlxalq nüfuza malik idi. Yefimçuk "La Fit Expo", ABŞ-də "Arnold Classic", Böyük Britaniyada "BodyPower" və Almaniyada FIBO kimi tədbirlərdə çıxış edib.