12 sentyabr 2024 01:57
440

Qəribə yol hərəkət qaydaları

Avstriyada sürət həddini aşmağa görə cərimə oluna bilərsiniz. Amma maraqlısı odur ki, bu, radarsız, gözlə müəyyən edilir.

Çində beynəlxalq sürücülük vəsiqəsi olan turistlər yalnız nəzəriyyə imtahanından keçdikdən və yerli sürücülük vəsiqəsi aldıqdan sonra avtomobil idarə edə bilərlər.

ABŞ-da isə qorilla yalnız avtomobildə sürücünün yanındakı sərnişin oturacağında daşına bilər. Maraqlıdır, deyilmi... Onda dünyanın ən qəribə yol hərəkəti qaydaları ilə tanış olmağa davam edin:

Çimərlik geyimində maşın sürmək

ABŞ-ın Kentukki ştatında qadınlar yalnız əllərində özünümüdafiə vasitələri və ya iki polis əməkdaşının müşayiəti ilə çimərlik paltarında maşın sürə bilərlər.

Çılpaq sürmək

Almaniya çox liberal bir ölkədir, xüsusən də maşın sürməyə gəldikdə. Maşın şəxsi mülk olduğu üçün onu lüt belə idarə edə bilərsiniz. Bu ölkədə ayaqqabısız maşın sürə bilərsiniz, lakin sürücülərə ayaqlarına rahat nəsə geyinmək tövsiyə olunur. Ayaqyalın sürücü qəzaya düşərsə, sığorta hüququndan məhrum ola bilər.

Sağ əl maşının üzərinə

Əgər uzaq yol gedirsinizsə və ən yaxın yanacaqdoldurma məntəqəsi bir neçə kilometr aralıdadırsa və bu zaman təbii ehtiyacınızı qarşılamaq lazımdırsa, bu, İngiltərədə bir problem deyil. Belə ki, sürücünün yüngülləşmək üçün yolun kənarında dayanmaq hüququ var. Amma bir şərtlə ki, maşının arxasına getməli və sağ əlini maşınının üstünə qoymalıdır.

Təbiətin gücü və avtomobil

İslandiyada səyahət edərkən ana təbiətin gözlənilməz qüvvələri ilə qarşılaşacağınıza hazır olmalısınız. Buna görə də avtomobiliniz vulkanik kül və ya həddindən artıq küləklər kimi qeyri-adi hadisələrdən sığortalanmalıdır. İslandiyanın bəzi ərazilərinə yalnız dörd təkərli nəqliyyat vasitəsilə daxil olmaq mümkündür.

İtlər üçün təhlükəsizlik kəmərləri

İtaliyada dördayaqlı dostunuzla səyahət edərkən, itinizin təhlükəsizlik kəmərini bağlamağı unutmayın. Almaniyada isə it “yük” sayılır və onu kəmərlərlə bağlamağa ehtiyac olmasa da, məsələn, qəfil əyləc zamanı onu yıxılmaqdan qorumaq lazımdır.

Yalnız yerli sürücülük vəsiqəsi

Sizcə, sürücülük imtahanından keçdikdən və veb-saytlarda müəyyən ölkədə yol hərəkəti qaydaları haqqında oxuduqdan sonra avtomobillə dünyanı sərbəst gəzə biləcəksiniz? Əlbəttə. Amma Çində yox. Əcnəbilər üçün Çin ətrafında avtomobillə səyahət etmək çətin bir iş ola bilər. Beynəlxalq sürücülük vəsiqəsi olan sürücülər əvvəlcə yerli sürücülük vəsiqəsi üçün müraciət etməlidirlər, yəni vəsiqə yalnız Çində verilməlidir. Bunun üçün yerli yol hərəkəti qaydalarına dair biliklərinizlə bağlı nəzəri imtahan verməli, daha sonra xüsusi icazə üçün müraciət etməlisiniz. Bütün proses çox uzun olduğundan və zəhmət tələb etdiyindən taksi və ya ictimai nəqliyyata minmək istəməyən turistlər yalnız sürücü ilə avtomobil icarəyə götürə və ya velosipeddən istifadə edə bilərlər.

Dəvəyə yol ver

Birləşmiş Ərəb Əmirliklərində dəvə yüksək statusun simvoludur. Səhranın donqarlı padşahlarına hörmət hətta yol hərəkəti qaydalarında da öz əksini tapıb - yollarda dəvələrə üstünlük verilir.

Benzin qutuları qadağandır

Xorvatiya və Çexiyada təhlükəsizlik baxımından avtomobildə benzin çəlləklərinin daşınması qadağandır. Bu halda avtomobildə ehtiyat lampalar dəsti olmalıdır.

Qorillalar qabaqda

ABŞ-ın Minnesota ştatında qorillalar avtomobildə səyahət edə bilər, ancaq sürücünün yanındakı sərnişin oturacağında oturmalıdır.

Heyvan arxa oturacaqda əyləşərsə, sürücü cərimələnəcək.

Gözlə radar

Avstriyada sürətinizi gözlə ölçməklə radar olmadan çox sürətlə sürdüyünüz üçün cərimə oluna bilərsiniz. Orada yol polisi əməkdaşları avtomobilin sürətini vizual olaraq müəyyən etmək üçün xüsusi təlim keçirlər. Onlar öz bacarıqlarından icazə verilən maksimal sürətin 30 km/saatdan çox olmadığı ərazilərdə istifadə edə bilərlər.

Nubar Süleymanova, “İki sahil”