Bakı treki əyləncəlidir. Mən orada yarışmağı sevirəm.
“İki sahil” "Gpblog.com"a istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
"Küçə dövrələri mənim üslubuma uyğun gəlir. Həftəsonu təcrübə də bizim üçün xüsusilə vacib olacaq", - deyə 34 yaşlı meksikalı pilot bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.