Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunları zamanı kokain alqı-satqısı ilə bağlı qalmaqalda adı hallanan avstraliyalı otüstü hokkeyçi Tom Kreyq bir il müddətinə diskvalifikasiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya Otüstü Hokkey Federasiyası məlumat yayıb.
28 yaşlı idmançı avqustun 6-da Parisin şimalındakı Piqale rayonunda saxlanılıb. Polis onun üzərindən 1 qram narkotik tapıb.
Qeyd edək ki, 2014-cü ildən Avstraliya millisinin formasını geyinən Tom Kreyq Tokio Olimpiadasının gümüş mükafatçısıdır. Avstraliya yığması Paris-2024-də 1/4 finalda Niderlanda 0:2 hesabı ilə məğlub olub.