11 sentyabr 2024 14:59
405

Tünzalədən yeni FOTOSESSİYA

Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiyasını təqdim edib.

“İki sahil” xəbər verir ki, pop ulduz “Space_13” adlı tarixi məkanda lentə alınan yeni layihəsinin növbəti buraxılışını şəxsi “İnstagram” hesabında paylaşıb.

Estrada ulduzu yeni fotosessiyası üçün fotoqraf Azər Cəfərin kamerası önünə keçib. Onun obrazı üzərində stilist, geyim və stil üzrə mütəxəssis Elnarə de Birbuet işləyib. Geyim modelyer-dizayner Zümrüd Mirzəliyevaya məxsusdur. Müğənninin saçları üzərində tanınmış saç ustası Fərid Bağırov çalışıb. Xalq artistinin makiyajını isə makeup artisti Reyhan Babayevaya edib.

Layihənin prodüseri Yalçın Cabbarovdur.