Çox sevinirəm ki, öz vətənimi və xalqımı bu cür təmsil etdim.
“İki sahil” xəbər verir ki, bunu İdman.biz Azərbaycan millisinin paraatleti Lamiyə Vəliyeva deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medal mükafatçısı Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasına münasibət bildirib. Vəliyevanın sözlərinə görə, dövlət başçısı daima idman və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərir: “Biz idmançılar da bu etimadı doğrultmaq üçün çalışırıq və çalışacağıq. Çox xoşbəxtəm ki, “Şöhrət” ordeninə layiq görüldüm. Bu, bizdə böyük bir stimul yaradır. Hər şeyə görə cənab Prezidentimizə minnətdarıq”.
O, vurğulayıb ki, bundan sonra da yarışlarda dövlət bayrağımızın yüksəklərdə dalğalanması üçün əlindən gələni edəcək.