11 sentyabr 2024 14:35
283

Poçettinonun yeni iş yeri rəsmiləşdi

Maurisio Poçettino ABŞ millisinin yeni baş məşqçisi təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis millini 2026-cı il dünya çempionatına hazırlayacaq.

Poçettinonun son iş yeri 2023-cü ilin yayından 2024-cü ilin mayına kimi çalışdığı Londonun “Çelsi” klubu olub.