"Real"ın sabiq müdafiəçisi, hazırda azad agent olan Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər.
“İki sahil” AS-a istinadla xəbər verir ki , Rio-de-Janeyrodan çox tanınmış agent ispaniyalı futbolçunun xidmətlərini "Vasko da Qama"nın rəhbərliyinə təklif edib.
Nəşrin məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Mümkün transferin əsas problemi Ramosun müqavilənin şəxsi şərtləri ilə bağlı kifayət qədər yüksək tələbləri ola bilər.
Xatırladaq ki, Ramosun son klubu İspaniya “Sevilya”sı olub.