21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək matç saat 19:00-da start götürəcək. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.