09 sentyabr 2024 17:58
301

Azərbaycana Kontinental Xokkey Liqasına qoşulmaq təklif olunub

Rusiyanın idman naziri Mixail Deqtyarev bildirib ki, o, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovu Azərbaycan klublarının Kontinental Xokkey Liqasında (KXL) iştirak imkanlarını nəzərdən keçirməyi təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Deqtyarev öz Teleqram kanalında yazıb.

O, sentyabrın 8-də Ümumdünya Köçəri Oyunlarının başladığı Astanada Qayıbovla görüşdüyünü bildirib.

“2026-cı ilə qədər əməkdaşlıq planı imzalanmağa hazırdır. Buraya 8 idman növü daxildir: cüdo, boks, atletika, futbol, taekvondo, şahmat, kibersport, stolüstü tennis. Hazırda Rusiya Federasiyasının İdman Nazirliyi Xəzər “beşliyi” ölkələri (Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, İran) arasında əməkdaşlıq üçün normativ baza formalaşdırır. Azərbaycanı da KXL-ə qoşulmağı təklif etdim. Liqanın çox geniş coğrafiyası var və o, genişlənməyə hazırdır”, - deyə Deqtyarev Telegram kanalında yazıb.