Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb.
“İki sahil” xəbər verir ki, qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kq) gümüş mükafat əldə edib.
O, finalda yerli idmançı Meirzhan Bereketova uduzub.
Qeyd edək ki, daha əvvəl Ülviyyə Bayramova (52 kq) və Elşən Dünyamalıyev (55 kq) bürünc medala sahib çıxıblar.