09 sentyabr 2024 16:54
317

Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçib

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

“İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Professional Financial Experts" MMC-dir.

Qalib şirkətə 3,5 min manat ödəniləcək.