"Barselona" gələn yay müdafiəsini gücləndirə bilər.
"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Bayer"in futbolçusu Conatan Ta ilə müqavilə imzalamaq imkanlarını araşdırır. Klub rəhbərliyi futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Keçid üçün maneə mərkəz müdafiəçisinin maaşı ilə bağlı tələbləri ola bilər.
Qeyd edək ki, 29 yaşlı futbolçu ilə "Bavariya" da maraqlanır. Onun "Bayer"lə müqaviləsi gələn ilin yayında başa çatır.