09 sentyabr 2024 13:12
276

Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub

Norveçli Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

“İki sahil”in məlumatına görə, 33 yaşlı qrossmeyster finalda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Karlsen rəqibini böyük üstünlüklə məğlub edib - 23,5:7,5.

Qeyd edək ki, turnirdə son illərin ən gözlənilən görüşlərindən biri də baş tutub. Karlsen yarımfinalda saxtakarlıqda ittiham etdiyi Hans Nimannı (ABŞ) beş xallıq üstünlüklə məğlub edib.