"Fənərbaxça" Filip Kostiçin icarəyə götürülməsi üçün "Yuventus"la razılığa gəldiyini rəsmən açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 31 yaşlı serbiyalı yarımmüdafiəçinin tibbi müayinədənn keçmək üçün İstanbula gedəcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm Filip Kostiç “Yuventus”da 33 oyuna çıxıb və 4 qolun ötürməsini edib.