"Hatayspor"un yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Rıza Çalımbay təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb. Çalımbay istefaya göndərilən Özhan Pulatı əvəzləyib.
Qeyd edək ki, "Hatayspor" Türkiyə Superliqasında 4 turdan sonra 1 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.