"Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) hücumçusu Neymar hələ də zədəsini sağalda bilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
32 yaşlı fovard ən azı 2 ay meydana çıxa bilməyəcək. O, iyulda məşqləri bərpa etsə də, zədəsini tam sağaltmayıb.
Forvard 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. O, komandanın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.
Neymar zədə səbəbindən ötən ilin oktyabr ayından meydana çıxmır.