07 sentyabr 2024 23:21
255

Son on ilin ən güclü qasırğası

Vyetnamda baş verən “Yaqi” qasırğası nəticəsində azı 4 nəfər ölüb, daha 78 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli meteoroloqlar bildirirlər ki, bu, son on ildə regionda baş verən ən güclü qasırğadır.

Qasırğa Vyetnamın Hayfonq və Kuanq Nin əyalətlərini vurub. Orada küləyin sürəti 149 km/saata çatıb. Bir neçə rayonda elektrik enerjisi kəsilib. Sakinlər daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Bundan əvvəl “Yaqi” qasırğası Çinin cənubunda dağıntılar törədib: Haynan əyalətində 3 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.