07 sentyabr 2024 23:05
258

"Fiorentina"dan Türkiyə klubuna

“Fiorentina” futbolçusu Antonin Barakı icarəyə verib. 

“İki sahil” xəbər verir ki, 29 yaşlı çexiyalı yarımmüdafiəçi “Kasımpaşa”ya keçib. Onunla 2025-ci ilin yayına qədər imzalanıb. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçunun İtaliya klubu ilə müqaviləsi isə 2026-cı ildə başa çatır. 

Qeyd edək ki, Antonin Barak ötən mövsüm 34 matça çıxaraq 5 qol vurub və 3 qolun ötürməsini edib.