07 sentyabr 2024 21:37
207

Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib.