07 sentyabr 2024 20:23
219

Keniyada məktəb yataqxanasında baş verən yanğında 18 uşaq ölüb, 70-i itkin düşüb

Keniyada məktəb yataqxanasında baş verən yanğında 18 uşaq ölüb, 70-ə yaxın uşaq itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press“ yazır.

Səlahiyyətlilər bildiriblər ki, ölənlərin dəqiq sayını müəyyən etmək üçün DNT testinə ehtiyac var.

Keniya Prezidenti Vilyam Ruto ölkədə üç günlük matəm elan edib.

Yanğının səbəbi məlum deyil.