07 sentyabr 2024 18:19
227

Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib

Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ermənistan tarixi Ani körpüsünün bərpa işlərinə dair öz yanaşmalarını Türkiyəyə təhvil verib”, - XİN-dən bildiriblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli keçmiş həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi.