07 sentyabr 2024 16:59
221

Ukrayna ordusu “uçan” Kalaşnikov avtomatlarından istifadəyə başlayıb- KİV

Ukrayna Silahlı Qüvvələri (SQ) ilk dəfə döyüşdə "uçan" Kalaşnikov avtomatından istifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Nəşr qeyd edib ki, bu silah Ukrayna Silahlı Qüvvələrinə mühəndislər qrupu “Wild Hornets” tərəfindən verilib.

Sistem dördvintli uçan platformaya quraşdırılmış AK-47 avtomatıdır.