07 sentyabr 2024 13:26
316

Birinci vitse-prezident Lamiyə Vəliyevanı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.

“İki sahil” paylaşımı təqdim edir:

“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal!  Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”