07 sentyabr 2024 13:25
246

Paris-2024: Paracüdoçumuz 1/4 finalda uduzdu - YENİLƏNİB

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.

“İki sahil” xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akına uduzub.

İsmiyeva təsəlliverici görüşə qatılacaq.

***

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.